milyoncu-olmaq-isteyirsense-onun-kimi-dusunmeye-basla

Milyonçu olmaq istəyirsənsə, onun kimi düşünməyə başla

Sizin qazanmaq potensialınız işinzidən deyil, düşüncə tərzinizdən başlayır. Beləliklə, milyonçu olmaq istəyirsinizsə, onlar kimi düşünmək sizə ziyan etməz.

Əgər özünüzü uğura kökləmək istəyirsinizsə, burada uyğunlaşmaq üçün dörd milyonçu düşüncə tərzi verilib.

Milyonçular uzun müddətli perspektivi düşünürlər

Varlılar ancaq indiki zamanı düşünmürlər. Onlar həmçinin gələcəyin potensialını nəzərə alırlar. Bu, təkcə həftə və ayları deyil, illəri və onillikləri əhatə edən məqsəd qoyuluşu deməkdir.

Milyonçular dəyişiklikləri qəbul edir

Kiçik və ya böyük dəyişikliklər qorxuda bilər. Orta sinfin dəyişikliklərdən qorxduğu vaxt, milyonçular istənilən dəyişikliyi fürsət kimi dəyərləndirir.

Milyonçular heç vaxt öyrənməyi dayandırmırlar

İstənilən milyonçunun evinə daxil olun və çox güman, siz orada bütöv kitabxana olmasa da, çoxlu kitab tapacaqsınız. Bu, ona görədir ki, milyonçular məktəbin bitdiyində, öyrənmənin bitmədiyini bilir.

Öz təhsilinin maliyyələşdirilməsinin ən ucuz və asan yolu da kitablar vasitəsilədir.

Milyonçular özlərinə imkanları genişləndirən suallar verir

Milyonçular götür-qoy edir: "Sevdiyim şeylə məşğul olaraq ildə 1 miyon dolları necə qazana bilərəm?"

İmkanları genişləndirən suallar potensialınızı tam açmağa kömək edir. Özünüzə verdiyiniz suallar həyatda əldə edəcəyiniz nəticələri müəyyən edir.

Samirə Məmmədova