Azərbaycanın qanuni lotereya və idman mərc oyunları operatoru “Azərlotereya” ASC-nin “Misli” brendi korporativ sosial məsuliyyət çərçivəsində intellektual oyunlar üzrə ölkənin ən yaxşılarının yarışdığı Peşəkar İntellekt Liqasına (PİL) sponsorluğunu davam etdirir.
İllərdir həyata keçirilən PİL artıq 2 mövsüm ərzində “Misli”nin dəstəyi ilə davam edir. Məqsəd intellektual oyunlar hərəkatına dəstək göstərmək, gənclərdə elm və təhsilə marağı artırmaq, onların dünya görüşünün genişləndirilməsinə, rəqabətli mühitin yaradılmasına nail olmaq, eləcə də Azərbaycan tarixi və mədəniyyətini gənc nəsilə aşılamaqdır.
Bu il turnirə fevral ayının 11-dən start verilib. Yaz və payız mövsümünü əhatə edəcək layihə müddətində 22 oyunun keçirilməsi planlaşdırılıb. Hər həftə sonu keçirilən oyunlarda yalnız 18 yaşından yuxarı şəxslər iştirak edə bilərlər. Həftəlik olaraq 60-70 nəfər intellektual oyunlarda bir-biri ilə mübarizə aparır. Layihənin dekabr ayının sonuna kimi davam etməsi nəzərdə tutulub. 10 turluq mövsümün sonunda qalib komandalara qiymətli hədiyyələr və pul mükafatı təqdim olunacaq.
Qeyd edək ki, “Azərlotereya” ASC hər zaman cəmiyyətin inkişafına hesablanan sosial yönümlü layihələrə xüsusi önəm verir. Şirkət bundan sonra da elm və təhsilin tərəqqisinə, gənc nəslin intellektual inkişafına töhfə verən, onların asudə vaxtlarının səmərəli keçirilməsinə kömək edən belə tədbirlərə dəstək olmağa davam edəcək.
Fəaliyyətində hər zaman idmanın inkişafı yönündə dövlətin prioritet siyasətinə dəstək göstərən “Azərlotereya”nın bu addımı ölkədə futbolun inkişafına böyük töhfə verir. Bu yolda görülən işlərdən biri də “Azərlotereya” ilə “Sabah” futbol və basketbol, eləcə də “Mingəçevir” Futbol Klubu arasında imzalanmış sponsorluq müqaviləsidir. Məqsəd idmanda kütləviliyin təmin edilməsi, gənc idmançıların yetişməsi, futbol və basketbol yarışları vasitəsi ilə sosial məsuliyyətin təbliği, azarkeş mədəniyyətinin formalaşmasına dəstək olmaqdır.