mmc-lerde-pay-deyisikliklerinin-qeydiyyati-elektron-rejimde-aparilacaq

MMC-lərdə pay dəyişikliklərinin qeydiyyatı elektron rejimdə aparılacaq

Nazirlər Kabineti "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"a dəyişiklik edib.

Dəyişikliyə əsasən, məhdud məsuliyyətli cəmiyyətlərin təsisçilərin iştirak payına dəyişiklik edilən zaman onların fiziki iştirakına ehtiyac qalmır.

Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalındakı iştirak paylarının dəyişikliyi ilə bağlı notariat hərəkətləri aparılarkən, notarius bu barədə müvafiq məlumatları onlayn rejimdə dərhal "Elektron notariat" informasiya sisteminə daxil edir. Ədliyyə Nazirliyi "Elektron notariat" informasiya sisteminə daxil olmuş məlumatı Vergilər Nazirliyinə ötürür.