Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin növbəti dezinformasiyasını ifşa edib.
“İyunun 22-si saat 13 radələrində Azərbaycan Ordusunun bölmələrinin Ağdərə rayonu istiqamətində atəş açması nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin bir üzvünün yaralanması barədə sorğuya cavab olaraq bildiririk ki, bölmələrimiz qeyd olunan istiqamətdə atəş açmayıb”, - deyə qurumun məlumatında bildirilir.