moldovada-elektrik-enerjisi-keslib-kisinyovda-yalniz-olke-hokumetinin-binasinda-isiq-var

Moldovada elektrik enerjisi kəslib

Moldovanın elektrik enerjisi sistemində fövqəladə kəsilmə baş verib.

Bunu ölkənin elektrik enerjisi bazarının ən böyük operatorlarından biri olan Premier Energy bildirib.

“Saat 14:23-də (Bakı vaxtı ilə 16:23) Moldovanın enerji sistemində fövqəladə qəza baş verib”, – şirkət öz Telegram kanalında məlumat verib.

Kişinyovda mobil rabitə və internetin işində fasilələr var. KİV-in məlumatına görə, Kişinyovda trolleybuslar da dayanıb.

Verilən məlumata görə, yalnız Moldova hökumətinin binasında elektrik enerjisi var. Səlahiyyətlilər ölkədə elektrik enerjisinin verilməsinin bərpası istiqamətində işlərin aparıldığını açıqlayıb, vətəndaşlardan anlayış göstərmələri xahiş olunur. 

Bundan başqa, Moldova hüquq-mühafizə orqanlarının əməkdaşları elektrik enerjisinin kütləvi kəsilməsi ilə əlaqədar ictimai asayişin qorunması üçün səfərbər edilib.

Məlumata görə, bu gün Rusiya Ukrayna ərazisini kütləvi raket hücumuna məruz qoyub. Nəticədə Moldovada da elektrik enerjisi kəsilib.

Marja