Qlobal kredit reytinqi agentliyi "Moody's" Investors Service 8 Türkiyə şirkətinin kredit reytinqini "B2"yə endirib və proqnozu "Mənfi"də saxlayıb.
İnsider.az xəbər verir ki, təşkilat yaxın zamanda Türkiyənin kredit qeydini "B1"dən "B2"yə endirmişdi.
"Moody's"-in açıqlamasına görə, kredit reytinqi aşağı salınmış şirkətlər: Anadolu Efes Biracılık ve Malt Sanayii, Coca-Cola İçecek, Ereğli Demir ve Çelik Fabrikaları, Koç Holding, Ordu Yardımlaşma Kurumu, Turkcell İletişim Hizmetleri, Türkiye Petrol Rafinerileri ve Türkiye Şişe ve Cam Fabrikaları.
Marja