moodys-18-turkiye-bankinin-reytinqini-asagi-saldi

Moodys 18 Türkiyə bankının reytinqini aşağı saldı

Beynəlxalq kredit reytinqi agentliyi "Moody's İnvestor Service" 18 Türkiyə bankının kredit reytinqini aşağı salıb. Reytinqin proqnozu "neqativ"dir. 

İnsider.az xəbər verir ki, Agentliyin açıqlamasında deyilir:

"Reytinq endirimi, əsas etibarilə ölkənin xarici kövrəkliyinin əhəmiyyətli dərəcədə artaraq bankları, investor inamını və əmanətçi davranışındakı ani dəyişikliklərə qarşı daha çox riskə məruz qoymasını,

Hökumətin əmanətçilərin xarici valyutaya çıxışını məhdudlaşdırması daxil daha çox tədbir görə biləcəyi  riskinin artmasını,

Əməliyyat mühitinin daha da pisləşərək bankların ödəmə gücünün zəifləməsinə səbəb olmasını əks etdirir". 

 "Neqativ" proqnozun, "ölkə reytinqindəki "mənfi"  proqnoza uyğun olaraq, kapital nəzarəti ehtimalının daha da artması riskini əks etdirdiyi" qeyd olunub.

 Moody's 14 iyunda Türkiyənin ölkə reytinqini "Ba3"dən "B1" endirmiş, proqnozunu "neqativ" təyin etmişdi.