morgan-stanley-neft-qiymeti-proqnozlarini-deyisdi

“Morgan Stanley” neft qiyməti proqnozlarını dəyişdi

“Morgan Stanley” investisiya bankının analitikləri dəmir yolu və hava nəqliyyatı ilə sərnişin daşınmasının azalmasına səbəb olan yeni koronavirusun yayılması səbəbindən neftin qiymətləri proqnozlarını azaldıb.

Bankın analitikləri hesab edirlər ki, birinci rübdə “Brent” markalı neftin bir barel üçün orta hesabla qiyməti 65,7 dollar/barel deyil, 55 dollar/barel təşkil edəcək. İkinci rübdə neftin bir barelinin qiyməti  əvvəlki 65 ABŞ dolları proqnozuna qarşı 57 dollar/barel olacaq.

WTI markalı neft üçün isə, əvvəlki proqnozlaşdırılmış 62 dollar/barel əvəzinə 50 dollar/barelə düşürülüb. 

"Biz OPEC+ iştirakçılarının hazırkı razılaşma sazişinin 2020-ci ilin sonuna qədər uzadacağını gözləyirik, həmçinin, ilin birinci yarısının qalan hissəsi üçün əlavə 600 min barel azalma elan edəcəyini gözləyirik", - deyə “Bloomberg” agentliyi “Morgan Stanley” hesabatına istinadən yazır.

Analitiklər güman edirlər ki, Braziliya, Norveç, Qayana və Kanadada istehsalın artacağını düşünürlər. Bu isə o deməkdir ki, qeyri-OPEK-ə daxil ölkələrdən tədarüklər 2020-ci ildə təxminən 1,9 milyon barel artacaq.

​© Report