ABŞ-ın qlobal sərmayə bankı "Morgan Stanley", qlobal durğunluq riskinin "yüksək və yüksəlməkdə" olduğu barədə xəbərdarlıq edib.
"Morgan Stanley" bankının baş iqtisadçısı Çetan Ahanın adından müştərilərə göndərilən məlumatda, "qlobal durğunluq yaşanması riskinin yüksək olduğunu və riskin artmağa davam etdiyinə" diqqət yönəldilib.
"Morgan Stanley" bəzi iri iqtisadiyyatlardakı aşağı trendin, emal sektorunda zəifliyin yayılmağa başlaması ilə yoluxucu hala gəlməkdə olduğunu vurğulayıb.
"Morgan Stanley"in Baş iqtisadçısı Çetan, "Əgər ticarət gərginliklər daha da artarsa, 3-cü rübdə qlobal durğunluğun başlayacağını gözləyirik" deyib.
Marja