morgan-stanley-sirketi-rusiyada-fealiyyetini-dayandirir

"Morgan Stanley" şirkəti Rusiyada fəaliyyətini dayandırır

"Morgan Stanley" şirkəti 2020-ci ilin birinci rübündə Rusiyada bank fəaliyyətini dayandırmaq xahişi ilə ölkənin Mərkəzi Bankına müraciət etmək niyyətindədir.

İnsider.az xəbər verir ki, bu barədə "Morgan Stanley Bank" MMC-nin hesabatında deyilir.

"Qrup bank, broker və depozit lisenziyalarından imtina etmək və müvafiq biznes bölmələrini könüllü olaraq ləğv etməyi planlaşdırır", - deyə mətndə bildirilir.

Bununla yanaşı qeyd olunur ki, cari ildə bankın fəaliyyəti dəyişikliksiz həyata keçiriləcək.

©Marja