Cümə axşamı səhər Moskvanın üç hava limanında – “Vnukovo”, “Domodedovo” və “Şeremetyevo”da 100-dən çox reys təxirə salınıb və ya ləğv edilib.
Moskva vaxtı ilə saat 8:40-a olan məlumata görə, “Vnukovo” hava limanında 9 reys gecikib, 56 reys ləğv edilib, “Domodedovo”da 2 reys gecikib, 18 reys təxirə salınıb, “Şeremetyevo”da 9 reys gecikib, 16 reys təxirə salınıb.
Çərşənbə günü ABŞ Prezidenti Cozef Bayden Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində ölkənin hava məkanını Rusiya təyyarələri üçün bağladığını bəyan edib. Qadağa Rusiyada qeydiyyatdan keçmiş bütün təyyarələrə, o cümlədən çarter təyyarələrinə şamil edilir.
Bazar ertəsi Avropa İttifaqı (Aİ) hər hansı Rusiya təyyarəsinin Aİ ərazisi üzərində enişini, qalxmasını və ya uçmasını qadağan edib.
Mənbə: RİA Novosti