moskva-vilayetinde-zavodda-guclu-partlayis-olub-video

Moskva vilayətində zavodda güclü partlayış olub - VİDEO

Rusiyada, Moskva vilayətinin Sergiyev Posad şəhərində yerləşən Zaqorsk optik-mexanika zavodunda güclü partlayış baş verib.

Məlumata görə, hadisə zamanı on bir nəfər xəsarət alıb.

Partlayışın səbəbinin texnoloji prosesin pozulması olduğu qeyd edilir. Ehtimallar sırasında dron hücumu da göstərilirdi.

Faktla bağlı araşdırma aparılır.

Oxu.Az