moskvada-ilk-defe-koronavirusa-yoluxma-hali-qeyde-alindi

Moskvada ilk dəfə koronavirusa yoluxma halı qeydə alındı

Rusiyanın paytaxtı Moskva şəhərində ilk dəfə koronavirusa yoluxma halı qeydə alınıb.

İnsider.az xəbər verir ki, bu barədə operativ qərargah məlumat yayıb.

Bildirilib ki, həmin şəxs Rusiya vətəndaşıdır və İtaliyadan ölkəyə qayıdıb.

O, Moskvanın 1 nömrəli şəhər infeksion xəstəliklər xəstəxanasına yerləşdirilib.

© Apa