moskvalilari-pul-muqabilinde-koronavirus-xestelerine-donor-olmaga-cagirirlar

Moskvalıları pul müqabilində koronavirus xəstələrinə donor olmağa çağırırlar

Rusiya COVID-19-a qarşı mübarizədə donorlara ehtiyac duyur və onların stimullaşdırılmasına start verib. 

Bu barədə Moskva merinin Sosial İnkişaf məsələləri üzrə köməkçisi Anastasia Rakova bildirib.

Məlumat Moskva meriyasının rəsmi saytında qeyd edilir.

Rakovanın sözlərinə görə, könüllülər anticisim testindən keçirlər və hər hansı bir donor üçün lazım olan testlər aparılır. Həm də onlara 5 000 rubl (117 AZN) miqdarında ödəniş və yemək üçün 1 235 rubl (təxminən 29 AZN) təzminat ödəniləcək.

“Moskvada artan COVID-19 virusu səbəbindən xəstəxanalardakı insanların müalicəsi üçün xəstəliyə qarşı anticisimləri olan plazmaya ehtiyac da artır. Bütün moskvalılara müraciət edirik: xəstəliyi keçirmisinizsə, hiyləgər infeksiya ilə mübarizə aparanlara kömək etmək üçün plazma donoru olun. “Sputnik V” ilə peyvənd olunanları da dəvət edirik”, - deyə Rakova qeyd edib.