İsrailin Xarici Kəşfiyyat Xidməti – MOSSAD-a yeni rəhbər təyin olunub.
İnsider.az xəbər verir ki, bu barədə “Haaretz” məlumat yayıb.
Nəşr bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahu David Barneanı MOSSAD-a rəhbər təyin edib.
Netanyahu müvafiq təyinatla bağlı mərasimdə çıxışı zamanı bildirib:
“Hər birimizə əmanət edilən ilk vəzifə İranın nüvə silahı tədarükünün qarşısını almaqdır. Ən böyük vəzifə budur”.