movlud-cavusogluya-yeni-vezife-verildi

Mövlud Çavuşoğluya yeni vəzifə verildi

Türkiyə Böyük Millət Məclisinin deputatı, ölkənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğluya yeni vəzifə verilib.

O, ölkənin NATO Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri təyin olunub.

Məlumata görə, Ədalət və İnkişaf Partiyası və Millətçi Hərəkat Partiyası (MHP) üzvlərinin təklifi ilə namizədliyi irəli sürülmüş Antalya millət vəkili Mövlud Çavuşoğlu komissiya üzvlərinin mütləq səs çoxluğu ilə NATO PA-da Türkiyə nümayəndə heyətinin rəhbəri seçilib.

Xatırladaq ki, M.Çavuşoğlu 2014-2023-cü illərdə Türkiyənin xarici işlər naziri vəzifəsini tutub.

Qeyd edək ki, NATO PA - NATO üzvü olan ölkələrin parlamentarilərindən ibarət olan, parlamentarilərin siyasət, təhlükəsizlik, iqtisadiyyat və ümumən müdafiə ilə bağlı fikirlərini təqdim etdikləri və bu məsələlərlə bağlı hesabatlar yazaraq qərarların qəbul edildiyi Beynəlxalq Assambleyadır.