“Mozilla”-nın baş direktoru Kris Bird tutduğu vəzifəni 2019-cu ilin sonuna qədər icra edəcəyini elan edib.
İnsider.az bu barədə “vc.ru”-ya istinadla xəbər verir.
Bird qeyd edib ki, “Mozilla” böyük iş görüb və hazırda bazarda ən yaxşılarından biridir – bu isə rəhbərliyi təhvil vermək üçün ən münasib zamandır. O, fasilə verməyi və güc yığmağı, sonra isə növbədə nə ilə məşğul olacağına qərar verməyi planlaşdırır.
Şirkət baş direktor vəzifəsinə əvəz axtarmağa başlayıb. İlin sonuna kimi uyğun namizəd tapılmasa, şirkətə müvəqqəti “Mozilla Foundation”-ın icraçı prezidenti Mitçel Beyker başçılıq edəcək.
Kris Bird isə Beykerin və direktorlar şurasının məsləhətçisi kimi işinə davam edəcək.
Samirə Məmmədova