mudddeti-168-gun-olan-notlara-teleb-teklifi-4-defe-usteleyib

Müdddəti 168 gün olan notlara tələb təklifi 4 dəfə üstələyib

4 oktyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50302576S dövlət qeydiyyat nömrəli, 30 milyon manat həcmində, 168 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 9  investor tərəfindən qiymət intervalı  96.9681 AZN (6.70%) və 97.3647 AZN (5.80%) olan 13 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 117 milyon 325 min manat olub.

Azərbaycan Respublikasının Mərkəzi Bankının qərarına əsasən notların kəsmə qiyməti 97.2145 AZN (6.14%), orta ölçülmüş qiyməti 97.2514 AZN (6.06%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib.

Notların ödəmə tarixi: 23.03.2020