Sentyabr 7-də informatika və tarix müəllimi olmaq istəyən namizədlərin işə qəbul imtahanları keçirilir.
Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, imtahanlarda 2434 namizədin iştirakı nəzərdə tutulub.
Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir