Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə növbəti yerləşdirməyə elektron sənəd qəbulunun müddəti uzadılıb.I barədə Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, proses 6 oktyabr saat 23:59-dək davam edəcək.
Qeyd edək ki, yerləşdirmədə iştirak etmək istəyən namizədlər 2 oktyabr saat 18:00-dan 5 oktyabr saat 23:59-dək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməli idirlər.