muellimlerin-maaslarinin-artirilmasi-ile-bagli-serencamlar-quvveye-minib

Müəllimlərin maaşlarının artırılması ilə bağlı sərəncamlar qüvvəyə minib

Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 18-də imzaladığı Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında və Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam qüvvəyə minib.

İnsider.az xəbər verir ki, sentyabrın 1-dən qüvvəyə minən sərəncamlara əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb.