muellimlerin-sertifikatlasdirilmasinin-ilkin-neticeleri-belli-oldu

Müəllimlərin sertifikatlaşdırılmasının ilkin nəticələri bəlli oldu

“Bu il dörd regionda keçirilən sertifikasiya imtahanında 98 faiz müəllim iştirak edib və onlardan 78 faizi ilk mərhələdə uğur qazanıb”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, sertifikasiyadan keçən 2 367 müəllimin təkmilləşməyə ehtiyacı var:

“İmtahanda iştirak edən 5 600 müəllim müsahibə mərhələsindən keçərsə, əməkhaqlarına 10 faiz əlavə olacaq. Yüksək nəticə göstərən 27 faiz müəllimin maaşlarına 35 faiz əlavə olunacaq”.

Nazir qeyd edib ki, Bakı şəhərində 86 faiz müəllim sertifikasiya imtahanında uğur qazanıbsa, Daşkəsəndən olan müəllimlərin uğuru 41 faiz olub.