İngiltərənin müflisləşən səyahət şirkəti "Tomas Cook"un şöbələrinin rəqiblərindən yenə bir İngiltərə şirkəti olan "Hays Travel" tərəfindən satın alınacağı açıqlanıb.
İnsider.az xəbər verir ki, "Tomas Cook"un iflas müddətini idarə edən qurum tərəfindən verilən açıqlamada, keçən ay iflas olan "Tomas Cook"un cəmi 555 şöbəsinin rəqibi "Hays Travel"ə satılması barədə razılaşma əldə edildiyi bildirilib.
Şöbələrin satınalınması ilə İngiltərədə cəmi 2 min 500 "Tomas Cook" işçisi "Hays Travel"də çalışacaqlar.
"Hays Travel"in hazırda İngiltərədə cəmi 190 şöbəsi mövcuddur.
Marja