multimedia-rusiyanin-neft-nehengi-opec-sazisine-uygun-olaraq-hasilati-19-azaldib

Multimedia Rusiyanın neft nəhəngi OPEC+ sazişinə uyğun olaraq hasilatı 19% azaldıb

Rusiyanın “Rosneft” şirkətinin neft hasilatı 2021-ci ilin birinci rübündə sutkada 3,7 milyon barel təşkil edib.

Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 19,2 faiz azdır.

Şirkətin mətbuat xidməti “İnterfaks” agentliyinə izah edib ki, birinci rübdə hasilatın azalması hökumətin OPEC+ razılaşması çərçivəsində hasilatı məhdudlaşdırmaq təlimatının icrası ilə əlaqədardır.

2020-ci ilin dördüncü rübü ilə müqayisədə isə neft hasilatı 5,9 faiz azalıb.