Almaniyada dünyanın aparıcı siyasi və hərbi xadimlərini bir araya gətirən 60-cı Münhen Təhlükəsizlik Konfransının açılışı baş tutub.
Konfransın rəsmi saytına istinadən bildirilir ki, toplantının iki əsas mövzusu Şərqi Avropa və Yaxın Şərqdəki vəziyyətdir.
Tədbir çərçivəsində dövlət və hökumət başçılarının ikitərəfli görüşləri gözlənilir.
Konfransda, həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı gözlənilir.
İlham Əliyevin fevralın 17-də “COP mexanizmləri: Beynəlxalq iqlim diplomatiyasının perspektivləri” mövzusundakı paneldə çıxış edəcəyi gözlənilir.
Oxu.Az