Tunis höküməti dövlət orqanlarında niqab taxılmasını qadağan edib.
İnsider.az Türkiyə mediasına istinadən xəbər verir ki bu qərarın bir neçə həftə əvvəl baş vermiş terror hadisəsindən sonra təhlükəsizlik üçün verildiyi açıqlanıb.
"İnsanların dövlət idarələri və təşkilatlarına üzləri qapalı şəkildə girmələrini təhlükəsizlik səbəbiylə qadağan edən" dövlət qanunu Tunisin Baş Naziri Yusif Şahid tərəfindən imzalanıb.
Qeyd edək ki, iyunun 27-də iki niqablı terrorçu Tunisdə bombalı intihar hadisəsi həyata keçirmişdi. Polisləri hədəf alan terror nəticəsində bir polis və mülki vətəndaşın ölmüşdü. Terroru İŞİD üzərinə götürmüşdü.