mycard-junior-avropa-yeniyetmelerinin-xvii-yay-olimpiya-festivalinda-idmancilarimiza-destek-olacaq

myCard Junior Avropa Yeniyetmələrinin XVII Yay Olimpiya Festivalında idmançılarımıza dəstək olacaq

AccessBank Milli Olimpiya Komitəsinin Məğrur Tərəfdaşı olan VISA şirkəti ilə birlikdə  Avropa Yeniyetmələrinin XVII Yay Olimpiya Festivalında iştirak edəcək yeniyetmə idmançılara  VISA Platinum əsaslı myCard Junior kartlarını təqdim etdi. Platinum kateqoriyasında olan xüsusi myCard Premium kartları həmçinin məşqçi heyətinə də təqdim olundu. Gənclərdən ibarət Olimpiya yığması festival müddətində Sloveniyanın Maribor şəhərində AccessBank-ın VISA kartlarının ümumi imtiyazlarından istifadə edəcək.

AccessBank-ın dəstəyi ilə reallaşdırılan layihə atletlərə əlavə imkanlar yaradır. myCard Junior kartları gündəlik alış-veriş, onlayn ödənişləri zamanı qazanc, kart hesabındakı müsbət qalığa əlavə mənfəət, partnyor şəbəkələrdə kəşbəklər, uçuş gecikməsi və baqaj sığortası, hava limanının VİP zallarına ödənişsiz giriş, istənilən suallar üçün konsiyerj xidməti və başqa bu kimi imtiyazlar verir. 

Qeyd edək ki, Maribor şəhərində keçirilən Oyunlara Azərbaycandan atletika, tennis, üzgüçülük, velosiped, MTB, cüdo və gimnastika idman növlərində təmsil olunacaq 36 idmançı yola düşüb.  Festivalın rəsmi açılış mərasimi 23 iyul, bağlanış mərasimi isə 29 iyul tarixlərinə təsadüf edir. Festivalda 48 iştirakçı ölkə, 11 idman növü üzrə 3600-a yaxın 14-18 yaş həddində olan yeniyetmə idmançılarla iştirak edəcək.

AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası  və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 14-ü Bakıda, 16-sı bölgələrdə olmaqla, 30 filialı fəaliyyət göstərir.

Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.

*AccessBank QSC xidmətlərini Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 25 oktyabr 2002-ci il tarixli, 245 nömrəli lisenziya əsasında təqdim edir və Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.