namelum-sexs-uorren-baffetle-nahara-gore-rekord-4-57-milyon-dollar-odeyib

Naməlum şəxs Uorren Baffetlə nahara görə rekord 4,57 milyon dollar ödəyib

Uorren Baffetlə naharın uduşa qoyulduğu illik hərrac bu dəfə rekord 4,57 milyon dollarla bağlanıb. Bu məbləği ödəmiş iştirakçı anonimliyini qorumaq istəyib. İnsider.az bu barədə “Bloomberg”-ə istinadla xəbər verir.

Hərracın qalibi Baffetlə Nyu-Yorkun mərkəzindəki “Smith & Wollensky” restoranında nahar edə bilər. Onun həmçinin görüşə daha yeddi nəfəri dəvət etmək haqqı var. Milyarderə istənilən sualları vermək olar, təkcə yaxın biznes-planlarla maraqlanmaq olmaz.

Bu il Baffetlə nahara görə ödəniş 2000-ci ildən keçirilən hərracların bütün tarixi boyu ən böyüyü olub. Ötən rekordlar naməlum şəxslərin 3 milyondan çox dollar verdikləri 2021 və 2016-cı illərə təsadüf edib. Ən ucuz görüş 2001-də baş tutub – nahar cəmi 18 min dollara başa gəlib.

Əksər qaliblər adlarını açıqlamır, lakin bəziləri bu barədə ictimaiyyətə bildiriblər. Xüsusilə, hərracı 2003-cü ildə udmuş “Greenlight Capital’s” fondundan Devid Eynorn belə edib.

Deyilənə görə, pullar həmişə Baffetin 2004-cü ildə vəfat etmiş ilk həyat yoldaşı Syüzanın dəstək verdiyi “Glide” xeyriyyə fonduna gedir.

Samirə Məmmədova