Fransada Napoleonun taxtı satışa çıxarılıb.
İnsider.az "ТАСС"-a istinadən xəbər verir ki, hərrac aprelin 7-i Fontenbloda – Fransa monarxlarının tarixi rezidensiyasında – keçiriləcək.
İndiyədək hesab olunurdu ki, Napoleonun beş taxtı olub. Onlardan biri Tüilridəki sarayda, digəri – onun sevimli Sen-Klu qəsrində, üçüncüsü – bugünə qədər taxtın qaldığı Senatda, dördüncüsü – Qanunvericilik korpusunda (indi Milli Məclisdir) və beşincisi Paris meriyasındadır.
İmperatorun altıncı taxtının start qiyməti 80 min avrodur. Lotun tarixi sənədləşdirilib. XIX əsrin sonunda amerikalı filantrop Maykl Henri de Yanq Napoleonun bu taxtını San-Fransiskodakı Təsviri İncəsənət Muzeyinə hədiyyə etmişdi.
Mesenatın dəlilinə görə, kreslo ona imperatorun yaxın çevrəsinə daxil olan fransız qohumundan vəsiyyət olunub.
“Bizim ekspertlər bu lotu altı ay tədqiq ediblər və bizim buna dair heç bir şübhəmiz yoxdur”, - “Liberation” qəzetinə “Osenat” hərrac evinin tarixi raritetlər şöbəsinin kuratoru Jan-Kristof Şatenye bildirib.
Samirə Məmmədova