nasa-ilk-defe-bir-qadini-aya-gonderecek-cihaz-hazirladi

NASA ilk dəfə bir qadını Aya göndərəcək cihaz hazırladı

İlk dəfə bir qadını Aya götürəcək NASA-nın Artemis cihazının istehsalı tamamlanıb.

İnsider.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, NASA-nın Florida yerləşən Florida Kosmos Mərkəzində nitq söyləyən ABŞ Prezidentinin köməkçisi Mike Pence Artemis layihəsi çərçivəsində Amerikalı astronavtları Aya aparmaq üçün ekipaj kapsulasının hazırlandığını elan edib. 

NASA-nın ilk astronavtı müvəffəqiyyətli şəkildə Aya göndərməsindən tam 50 il keçir və şirkət bu müvəffəqiyyətini yenidən təkrarlamaq istəyir. Ancaq NASA bu kapsulda ən azı bir qadının olacağını təsdiqləyib. 

NASA İdarəçisi Jim Bridenstine mövzuyla əlaqədar bu ifadələri işlədib: '' Prezident Donald Trump və köməkçisi Mike Pence 2024-ci ildə Aya səyahət edib oradan da Marsa çatmamız üçün bizi cəsarətləndirib. Onların verdiyi açıqlamalar həqiqətən boş deyil və biz də bu layihəni reallaşdırmaq üçün Artemis kapsulunu inşa etdik. Hal-hazırda düzgün yolda olduğumuzu düşünürəm".

"Artemis1 kapsulu Orion kosmik gəmisi olan yeni nəsil kosmik buraxılış sistemi SLS raketində buraxılacaq. Layihə 2024-cü ildə başlayacaq və heyət Aya göndəriləcək. Ardından Ay bir dayanma nöqtəsi olaraq istifadə edilib, oradan da Marsa keçiləcək.

Müxtəlif testlərdən sonra tamamilə problemsiz hala gətiriləcək atma sistemi və ekipaj kapsulası, hər şey yolunda gedərsə 2024-ci ildə Aya doğru yola düşəcək".

Nübar Lətifli