Azərbaycanın tanınmış şairəsi Xurşidbanu Natəvanın Fransanın Evian lö Bən şəhərindəki heykəli Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinə çatdırılıb.
Heykəl martın 4-də Evian şəhərindən götürülüb.
Natəvanın heykəli artıq Azərbaycanın Fransadakı Səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzindədir və onun Mərkəzin bağında ucaldılması ilə bağlı işlər davam etdirilir.
Məlumata görə, heykəl götürülərkən üzərindəki örtük açılıb və müəyyən olunub ki, üzərinə qırmızı boya atılmaqla yanaşı (heykəlin gözləri, adının və Azərbaycan yazısının yazıldığı hissələrinə qırmızı boya çəkilib), onun özünə də zərər verilib (heykəlin burnu və barmaqları qırılıb).
Report