NATO Parlament Assambleyası (PA) Rusiyanı terrorçu dövlət kimi tanıyıb və rusiyalıların cəzalandırılması üçün xüsusi beynəlxalq tribunal yaratmağa çağırıb.
Bu barədə hakim “Xalqın xidmətçisi” partiyası “Telegram”da məlumat verib.
“NATO-nun bütün 30 ölkəsi nümayəndə heyətimizin təklifini dəstəkləyib. Belə bir tribunal təkcə hərbi cinayətkarların birbaşa iştirakçılarını deyil, həm də Rusiyanın ali rəhbərliyini mühakimə etməyə imkan verəcək. Qətnamə NATO-ya bütün üzv ölkələrin hökumətlərinə və parlamentlərinə göndəriləcək” – deyə Ukraynanın NATO PA-dakı daimi nümayəndə heyətinin rəhbəri bildirib.
Onun sözlərinə görə, NATO PA-nın qətnaməsi Ukraynaya silah tədarükünün artırılması, Ukraynanın NATO-ya üzv olması üzrə konkret addımların işlənib hazırlanması və Ukraynaya vurulmuş zərərə görə Rusiyadan reparasiyaların alınması mexanizminin yaradılması üçün önəmlidir.
Bundan başqa, qətnamədə NATO-nun Ukraynanı lazım olduğu qədər dəstəkləyəcyinə dair alyansın mövqeyi təsbit edilib.
Oxu.Az