NATO-nun növbəti sammiti zamanı Ukraynaya sülhməramlı missiyanın göndərilməsi təklifi təqdim olunacaq.
Bu barədə Polşanın Baş naziri Mateuş Moravetski dövlət televiziyasının efirində bildirib.
“Biz sülhməramlı missiya ideyasını ən yaxın müttəfiqlərimizlə müzakirə etdik. Bu təklif NATO-nun növbəti sammitində qaldırılacaq”, - Polşanın Baş naziri qeyd edib.
O, hazırda bu ideyanın bir çox Avropa ölkələrində müzakirə olunduğunu bildirib.
Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Kiyev BMT-yə hələ 2015-ci ildə sülhməramlı əməliyyata başlamağı xahiş edib.
Report