naxcivanda-aviakassalarin-is-vaxti-artirilib

Naxçıvanda aviakassaların iş vaxtı artırılıb

Naxçıvan şəhərində aviakassaların iş vaxtı 2 saat artırılıb.

Bu barədə Naxçıvan Beynəlxalq Hava Limanından bildirilib.

Məlumata görə, bu addım sərnişin sıxlığı nəzərə alınaraq atılıb. Beləliklə, bundan sonra aviakassalar saat 07:00-dan 17:00-a qədər deyil, 19:00-a qədər işləyəcək.

Paralel olaraq aviabiletlərin onlayn satışı da həyata keçirilir.

Report