naxcivanda-icra-bascisinin-muavini-isden-azad-olunub

Naxçıvanda icra başçısının müavini işdən azad olunub

Naxçıvan Muxtar Respublikası Babək rayonunun icra başçısının müavini işdən azad olunub.

Bununla bağlı Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov sərəncam imzalayıb.

Sərəncama əsasən, icra başçısının 1-ci müavini Heydər Həsən oğlu Əliyev işdən çıxarılıb. Artıq bu vəzifəyə yeni təyinat da olub. Belə ki, icra başçısının digər sərəncamı ilə Emin Nurəddin oğlu Məmmədxanlı müavin vəzifəsinə təyin olunub.

Nuhçıxan