naxcivanin-medeniyyet-naziri-vezifesinden-azad-edilib

Naxçıvanın mədəniyyət naziri vəzifəsindən azad edilib

Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova işdən çıxarılıb.

Bu barədə muxtar respublika Ali Məclisi sədrinin birinci müavini, sədrin səlahiyyətlərini icra Azər Zeynalov sərəncam imzalayıb.

Digər sərəncamla mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti nazir müavini Həsən Nizami oğlu Kərimova həvalə edilib.

Qeyd edək ki, N.Qədimova 2018-ci il aprelin 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin o zamankı sədri Vasif Talıbovun sərəncamı ilə mədəniyyət naziri təyin edilmişdi.