nazir-aksiz-vergilerinin-meblegi-evvelki-ille-muqayisede-coxdur-foto

Nazir: Aksiz vergilərinin məbləği əvvəlki illə müqayisədə çoxdur - FOTO

“Azərbaycanda iqtisadi artımın əsas hərəkətverici amili neft sektorundan qeyri-neft sektoruna transformasiya olunur”.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.

“2021-ci ilin üç ayında istehsalçılar üzrə tütün məmulatlarının vergiyə cəlb olunan miqdarı ötən ilin eyni dövrü ilə müqayisədə 94,1 faiz artıb. Tütün məmulatları istehsalçılarının dövriyyəsində isə 82,4 faiz artım var. Ödənilmiş aksiz vergilərinin məbləği əvvəlki illə müqayisədə 54,1 faiz çoxdur”, - deyə M. Cabbarov qeyd edib.

Nazir əlavə edib ki, daxili bazar istehsalçılarının mənafelərinin qorunmasına və aksizli məhsullar sektorunda şəffaflaşdırmaya yönəli islahatlar öz nəticəsini göstərib:

“2021-ci ilin üç ayında ötən ilin eyni dövrü ilə müqayisədə şərab və şərab materialları istehsalında 30,9 faiz, pivə istehsalında 32,5 faiz, konyak və konyak materialları istehsalında 10,6 dəfə artım müşahidə olunur”.