nazir-azerbaycan-minimal-pensiya-baximindan-mdb-olkeleri-arasinda-ikinci-yerdedir

Nazir: Azərbaycan minimal pensiya baxımından MDB ölkələri arasında ikinci yerdədir

"Bu ilin yanvar ayından etibarən Azərbaycanda pensiyaların elektron qaydada verilməsi prosesi başlayıb, hazırda bu xidmət artıq 12 min nəfəri əhatə edir".

İnsider.az xəbər verir ki, bunu Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev BMT-nin Dövlət Xidmətlər Forumunda deyib.

Nazir qeyd edib ki, Azərbaycan minimal pensiya baxımından MDB ölkələri arasında ikinci yeri tutur.

Babayev ölkədə, təxminən, 35 min nəfərin - qaçqınlar, qadınlar, məhdud fiziki imkanlı şəxslərin əhalinin sosial cəhətdən həssas təbəqəsinə aid olduğunu və Nazirliyin bu kateqoriyadan olan vətəndaşlara dəstək vermək üçün islahatlar həyata keçirdiyini vurğulayıb.

Onun sözlərinə görə, son illərdə Azərbaycanda məşğulluq sistemi avtomatlaşdırılıb, eləcə də əhalinin sosial müdafiəsini yaxşılaşdırılması məqsədilə digər ölkələrin qabaqcıl təcrübəsi öyrənilir.

©Report