nazir-azerbaycanda-47-dost-filiali-yaradilacaq

Nazir: Azərbaycanda 47 DOST filialı yaradılacaq

2025-ci ilə qədər DOST xidmətlərinin bütün ölkə üzrə əhatəsi planlaşdırılır”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev REAL-a müsahibəsində deyib.

Nazirin sözlərinə görə, ölkə üzrə 17 regional mərkəz olacaq:

“Bir regional mərkəz Naxçıvan Muxtar Respublikada, biri işğaldan azad olunan ərazilərdə, 5-i Bakıda, digərləri isə bölgələrdə fəaliyyət göstərəcək. 47 DOST filialı yaradılacaq. Bütün işğaldan azad edilən ərazilərdə filiallar olacaq. Şuşada sosial xidmətlərin göstərilməsi üçün özəl mərkəz olacaq”.

S.Babayev qeyd edib ki, hazırda Gəncə, Sumqayıt, Bərdə, Quba, Masallı, Şəki və Sabirabadda DOST Mərkəzləri şəbəkəsinin yaradılması üçün layiləndirmə, tikinti-quraşdırma işlərinə başlanılıb:

“Ümid edirik ki, 2023-cü ilin sonuna qədər 8 regional mərkəzin işi yekunlaşdırılacaq, 2025-ci ildə isə ümumilikdə 17 regional mərkəzin hamısı fəaliyyət göstərəcək. Planımız odur ki, 2025-ci ilə qədər ölkəni tam şəkildə DOST xidmətləri ilə əhatə edək. Eyni zamanda mütəmadi şəkildə xidmətlərin çeşidlərinin və keyfiyyətinin artırılması üzərində də iş aparılacaq”.

O vurğulayıb ki, virtual dost aplikasiyası cari ilin sonunda istifadəyə veriləcək:

“Bu da vətəndaşların onlayn şəkildə xidmət almaq imkanı əldə edəcəklər. Dost mexanizmi çərçivəsində əmək münasibətləri üzrə mediasiya mərkəzlərinin yaradılması planlaşdırılır.

Report