nazir-azerbaycanda-kend-teserrufati-mehsullarinin-istehsali-ve-ixraci-artir

Nazir: Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı artır

Ötən il Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracı 11 faiz artıb.

İnsider.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Bakıda keçirilən beşinci Aİ-Azərbaycan biznes forumunda deyib.

Ötən il kənd təsərrüfatı məhsullarının istehsalı 4,6 faiz, son on il ərzində isə 2,4 dəfə artıb.