nazir-hazirda-5000-den-cox-muellim-1000-manatdan-yuxari-maas-alir

Nazir: Hazırda 5000-dən çox müəllim 1000 manatdan yuxarı maaş alır

"Son artımdan sonra 5000-dən çox müəllim 1000 manatdan yuxarı əməkhaqqı alır".

İnsider.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı deyib.

O xatırladıb ki, ötən müddətdə 150 mindən çox müəllim diaqnostik qiymətləndirmədən keçib: "Onların dərs yükü norması 1,5 dəfə, əmək haqqları 2 dəfə artırılıb. Təhsil sistemində əmək haqqının artımı davamlı və sistemli xarakter daşıyır. Bu il iyunun 18-də Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ümumtəhsil sistemində çalışan və diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı növbəti dəfə - 1 sentyabr 2019-cu ildən 20 faiz artırılıb. Bu artım da nəzərə alınmaqla təhsil sistemində orta əməkhaqqı 600 manatı keçib. Eyni zamanda ümumtəhsil sistemində çalışan 5000-dən çox müəllimin bu artımdan sonra maaşı 1000 manatdan çox təşkil edir".

©"Report"