OPEC xam neft istehsalının daha da azaldılması ilə bağlı qərar qəbul etməyib.
Bu sözləri Səudiyyə Ərəbistanının Energetika naziri Abduləziz bin Salman bin Abduləziz Al Saud deyib.
O, OPEC üzvləri ilə təmasda olduqlarını bildirib, neft hasilatının azaldılmasını nəzərdə tutan sazişin müddətinin uzadılması və ya sazişin şərtlərinin dəyişdirilməsi barədə hələ ki bir qərarın qəbul olunmadığını söyləyib.
Qeyd edək ki, OPEC-ə üzv və kartelə üzv olmayan ölkələr (“OPEC+) martın 6-da Vyanada neft hasilatına dair məhdudiyyətləri və istehsal siyasətini müzakirə edəcək.
Xatırladaq ki, 2019-cu il dekabrın 6-da OPEC və qeyri-OPEC Nazirlərinin VII Görüşündə “OPEC plus” üzrə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması barədə qərar qəbul edilib. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barrel müəyyən edilib. 2020-ci ilin yanvar ayından etibarən Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamalıdır.