nazir-qeyri-dovlet-sektorunda-88-minden-cox-yeni-emek-muqavilesi-baglanib

Nazir: "Qeyri-dövlət sektorunda 88 mindən çox yeni əmək müqaviləsi bağlanıb"

"Bu ilin ilk 8 ayında qeyri-dövlət sektorunda 88 mindən çox yeni əmək müqaviləsi qeydə alınıb".

İnsider.az xəbər verir ki, bunu "Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi" mövzusunda keçirilən konfransda Vergilər naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, bu, 112 mindən çox artmış əmək müqavilələrinin 78%-ni təşkil edir: "Qeyri-neft qeyri-dövlət sektorunda əmək haqqı fondunda 20%-dən çox artım qeydə alınıb.

Cari ildə vergi yoxlamalarının sayı 562 olub ki, bu da ötən il ilə müqayisədə 5,8 dəfə azdır".

"İlin ilk 6 ayında qeyri-neft sektoru üzrə büdcəyə proqnozdan əlavə 280 milyon manat daxil olub", -deyə nazir əlavə edib.