Sahibkarlığın İnkişafı Fondu tərəfindən Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında sahibkarların 2 195 layihəsinin maliyyələşdirilməsinə 105,6 mln. manat güzəştli kredit verilib.
İnsider.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “Twitter“ hesabında paylaşım edib.
Məlumata görə, verilmiş kreditlər hesabına 2 320 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
“Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin 10 ayında sahibkarların 2 195 layihəsinin maliyyələşdirilməsinə 105,6 mln. manat güzəştli kredit verilib. Verilmiş kreditlər hesabına 2 320 yeni iş yerinin yaradılması nəzərdə tutulur”, - paylaşımda bildirilir.