nazir-vergi-daxilolmalari-barede-melumat-verdi-artim-qeyri-neft-qaz-sektorunun-hesabinadir

Nazir vergi daxilolmaları barədə məlumat verdi: Artım qeyri neft-qaz sektorunun hesabınadır

“İqtisadi inkişafa stimul yaradan mütərəqqi vergi sisteminin tədbiqi müsbət nəticələr verir”.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.

O bildirib ki, bu ilin yanvar-may aylarında dövlət büdcəsinə vergi daxilolmaları 3,8 milyard manatdan çox olub:

“Daxilolmalar üzrə proqnoz 127,1 faiz icra edilib. Artım əsasən qeyri neft-qaz sektorunun hesabınadır. Bu sahə üzrə daxilolmalar 2 754 000 000 manat təşkil edib və proqnozdan əlavə büdcəyə 471 800 000 manat ödənilib”.