Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.
İnsider.az xəbər verir ki, bu barədə müvafiq əmri Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, polkovnik-leytenant Vüsal Rüstəmov Balakən rayon Polis Şöbəsinin rəis müavini təyin olunub.
O, bundan əvvəl Binəqədi rayon Polis İdarəsində rəis köməkçisi işləyib.