nazirden-beynelxalq-bankin-ozellesdirilmesi-barede-aciqlama

Nazirdən Beynəlxalq Bankın özəlləşdirilməsi barədə AÇIQLAMA

“Biz, əvvəl olduğu kimi, ABB-nin özəlləşdirilməsində maraqlıyıq, lakin bu məsələdə irəliləyiş yoxdur. Prosesin cari il həyata keçiriləcəyini düşünmürəm”, - S.Şərifov bildirib.

İnsider.az xəbər verir ki, Maliyyə naziri Samir Şərifov hesab edir ki, 2019-cu ildə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) özəlləşdirilməsi ehtimalı azdır. S.Şərifov ABB-nin özəlləşdirilməsi prosesində irəliləyişin olmadığını bəyan edib. Onun sözlərinə görə, buna səbəb investorların olmamasıdır. 

Daha əvvəl Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ABB-nin restrukturizasiyası və özəlləşdirilməsində iştiraka maraq ifadə edib.

ABB 1992-ci ildə yaradılıb və ölkənin ən iri bankıdır. Bankın əsas səhmdarı Azərbaycan Maliyyə Nazirliyidir.

©İnterfaks-Azərbaycan