nazirden-kicik-ve-ora-biznese-mujde

Nazirdən kiçik və ora biznesə müjdə

Kiçik və orta sahibkarlıq subyektləri (KOB - kiçik və orta biznes - red) dövlət sifarişlərinə daha geniş cəlb ediləcəkdir.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Postpandemiya dövründə vergi sistemi” konfransında çıxışı zamanı bildirib.

“Kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştrak etmələri təşviq edilməlidir, onlar dövlət sifarişlərinə daha çox cəlb edilməlidir. Haqsız rəqabətə yol açan hallara son qoyulmalıdır. Bunun üçün zəruri institusional islahatlar və yeni qanunvericilik təşəbbüsləri həyata keçiriləcəkdir”,- nazir deyib.