Baş Nazir Əli Əsədovun sərəncamları ilə Nazirlər Kabineti Aparatında dörd şöbənin müdiri vəzifəsinin həvalə edildiyi şəxslər məlum olub.
Nazirlər Kabineti Aparatında Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinin icrası Ərəstü Həbibbəyliyə, Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri vəzifəsi Musa Pənahova, Hüquq və qanunvericilik şöbəsinin müdiri vəzifəsi Xalid Qasımlıya həvalə olunub.
Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinin müdiri vəzifəsi isə Bəhruz Məmmədova həvalə edilib.
© APA