nazirler-kabinetinden-budce-gelirleri-ile-bagli-qerar

Nazirlər Kabinetindən büdcə gəlirləri ilə bağlı QƏRAR

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” qərara dəyişiklik edilib.

Bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında öz əksini tapıb.

Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”na “1.4.1.9.0.0” paraqrafı əlavə edilib. Bununla da Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı üzrə digər gəlirlərinə “dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert” də daxil edilib.

“Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına əlavə” üzrə gəlirlər faizlərdən, dividendlərdən, dövlət mülkiyyətində olan müəssisələrin mənfəətindən ayırmalardan, Mərkəzi Bankın mənfəətindən ayırmalar, Dövlət Neft Fondundan daxilolmalar, sığorta təşkilatlarından ayırmalar, icarə haqqı, sərbəst qalıq vəsaitlərinin idarə edilməsindən daxilolmalar və Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert üzrə daxilolmalardan ibarətdir.

Əlavə edilib ki, dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert dedikdə, Azərbaycan Respublikasının dövlət borcuna xidmət xərclərinin müvafiq büdcə ili üçün dövlət büdcəsində nəzərdə tutulandan artıq olan hissəsinin və dövlət zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində məqsədli büdcə fondu kimi yaradılan Təminat Fondundan daxilolmalar nəzərdə tutulur.